Azərbaycandan göndərilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Suriyaya daxil olub.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.
Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra ərzaq məhsulları boşaldılaraq AFAD-ın logistika anbarlarına göndərilib.
Azərbaycandan göndərilən 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək bu ölkənin Suriya ilə sərhədinə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.
Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.
Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.
Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.