Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək

Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək Gələn iln mart ayında Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək.
Xarici siyasət
5 Dekabr , 2023 21:22
Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək

Gələn ilin mart ayında Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

“Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Əməkdaşlıq platformalarından biri də, dövlət başçılarının qərarına əsasən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Qərara uyğun olaraq bu gün ilk görüş keçirilib”, - nazir deyib.

Bu gün həm məhdud, həm də geniştərkibli görüş olub: “Xəzər mövzusu ilə bağlı ən müxtəlif məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər sammitinin qərarlarının icrası, o cümlədən gələcək planlar barədə geniş müzakirələr aparılıb. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib. Əsas mövzular sırasında Xəzərin hüquqi statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər arasında tam ratifikasiyadan keçərək qüvvəyə minməsi və digər açıq qalan məsələlərdir”.

Nazirin sözlərinə görə, vacib sazişlər sırasında Xəzəryanı dövlətlər arasında orta və düz xətlərin razılaşdırılması, həmin sazişin hazırlanması istiqamətində yüksək səviyyəli işçi qrupun növbəti görüşünün keçirilməsi yer alıb və belə görüşün mart ayında Bakı şəhərində keçirilməsi planlaşdırılır:

“Bildiyiniz kimi, Xəzər mövzusu ilə bağlı olaraq 16 müxtəlif saziş qəbul edilib. Həmin sazişlərdən 15-ə Azərbaycan da qoşulub. Eyni zamanda Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq dənizin səviyyəsinin son onilliklər ərzində azalmasıdır. Bu, çox ciddi narahatlıq doğurur. Həmin mövzu ilə bağlı olaraq VI sammitdə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi İşçi Qrupunun yaradılması təklifini irəli sürüb. Təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim edib və hazırda həmin sənədlər müzakirə edilir”.

C.Bayramov qeyd edib ki, yaxın zamanlarda İşçi Qrupunun görüşü təşkil olunacaq: “Konvensiyada nəzərdə tutulduğu kimi Xəzərin bir sülh məkanı olması, burada Xəzəryanı dövlətlərin hərbi sahədə atdıqları addımların digər ölkələr üçün məqbul olması, hər hansı bir gərginliyin yaradılmaması bu gün müzakirə mövzuları arasında olub. Ümumilikdə, bu görüşü çox faydalı hesab edirik. Düşünürük ki, görüşün növbəti addımlara müsbət təsiri olacaq”.

Azərbaycanın XİN başçısının sözlərinə görə, beynəlxalq geniş formatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir: “Biz gün ərzində səhər Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. Bir qədər əvvəl isə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Azərbaycan İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu”.

Son xəbərlər

Orphus sistemi