Bakıda Britaniya kraliçasının doğum günü qeyd olunub

Bakıda Britaniya kraliçasının doğum günü qeyd olunub Bakı. 7 iyun. REPORT.AZ/ Bakıda Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Xarici siyasət
7 İyun , 2018 19:39
Bakıda Britaniya kraliçasının doğum günü qeyd olunub
Report

Bakı. 7 iyun. REPORT.AZ/ Bakıda Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin doğum gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Britaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə kraliçanı və Britaniya xalqını təbrik edib, Krallığa uğurlar arzulayıb.

Azərbaycanla Britaniya arasında bu il ərzində baş verən əsas məqamları əks etdirən videoçarx da mərasimdə nümayiş olunub.

Tədbir Bakı şəhərində səfərdə olan "The Salamanca Band and Bugles of The Rifles" Britaniya hərbi orkestrinin konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi