Bakı. 5 sentyabr. REPORT.AZ/ "Azərbaycan və Yaponiya ikitərəfli əməkdaşlığın inkişafı məsələsində böyük nəticələr əldə edib".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Taro Kono ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
XİN başçısı qeyd edib ki, bu gün Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Onun sözlərinə görə, ölkədə 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda Yaponiya Azərbaycan iqtisadiyyatına, təxminən, 7 milyard dollar sərmayə qoyub, bunun da 100 milyon dolları qeyri-neft sektoruna aiddir.
Elmar Məmmədyarov həmçinin Yaponiyanın Azərbaycanın iştirak etdiyi "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinə maraq göstərdiyini diqqətə çatdırıb.
***11:51
Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və Yaponiya xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Taro Kono arasında görüş keçirilir.
"Report" xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli siyasi, iqtisadi, enerji, turizm və humanitar əlaqələrin inkişafı məsələləri üzrə müzakirələr aparırlar.