“Dekolonizasiya: Sakit İnqilab” beynəlxalq konfransı öz işini yekunlaşdırıb - YENİLƏNİB

“Dekolonizasiya: Sakit İnqilab” beynəlxalq konfransı öz işini yekunlaşdırıb - YENİLƏNİB Bakı Təşəbbüs Qrupu BMT-nin mənzil-qərargahında beynəlxalq konfrans keçirir
Xarici siyasət
15 aprel 2025 22:30
“Dekolonizasiya: Sakit İnqilab” beynəlxalq konfransı öz işini yekunlaşdırıb - YENİLƏNİB

BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələrinin birgə təşkilatçılığı ilə keçirilən “Dekolonizasiya: Sakit İnqilab” beynəlxalq konfransı öz işini yekunlaşdırıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbirdə Qvadelupa, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen-Marten, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası və digər dənizaşırı ərazilərdə fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri, insan hüquqları müdafiəçiləri, siyasətçilər və ekspertlər daxil olmaqla, 50-dən çox iştirakçı yer alıb.

BTQ-nin icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilən tədbirdə konfrans iştirakçıları ötən il Yeni Kaledoniyada Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışçılar təmsil etdikləri xalqların üzləşdiyi acınacaqlı durumla bağlı təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, müstəmləkə idarəçiliyinin fəsadları bu gün də davam edir. Xüsusilə Fransa və Niderland kimi müstəmləkəçi rejimlərin hələ də imperiya dövründə qurulmuş sistemlərdən faydalandığı bildirilib.

Bildirilib ki, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Qvadelupa, Uollis və Futuna, Martinik, Fransız Qvianası, Sen-Marten, Boneyra, Reyunyon və Mayot kimi ərazilər hazırda ədalətsiz ticarət sistemləri, qanunsuz maliyyə axınları və məcburi borc yükü ilə mübarizə aparırlar.

Çıxışlarda müstəmləkə zülmünə məruz qalmış xalqlara vurulan maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınmasının vacibliyi qeyd olunub. Müstəmləkə siyasətinin milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və dərin sosial-iqtisadi böhranlara səbəb olduğu vurğulanıb.

Tədbir müzakirələr və yeni təşəbbüslər fonunda davam etdirilib. Konfransın sonunda yekun sənəd qəbul olunub və Bakı Təşəbbüs Qrupu tərəfindən “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiyanın başladıldığı elan edilib.

18:14

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə “Dekolonizasiya: Səssiz İnqilab” (Decolonization: Silent Revolution)” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, konsfrans BTQ-nin icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilir. 

Konfransda dənizaşırı ərazilərdə - Qvadelupa, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen Martin, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələri iştirak edir. 

Qeyd edək ki, beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb.

Son xəbərlər

Orphus sistemi