Azərbaycan XİN Qambiyanı Milli Günü münasibətilə təbrik edib

Xarici siyasət
  • 18 fevral, 2025
  • 05:44
Azərbaycan XİN Qambiyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qambiyanı Milli Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

"Milli Günü münasibətilə Qambiya və onun xalqını təbrik edirik! Milli bayramınız mübarək!", - paylaşımda qeyd olunub.