Azərbaycan XİN Dominikan hökuməti və xalqına başsağlığı verib

Azərbaycan XİN Dominikan hökuməti və xalqına başsağlığı verib Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan hökumətinə və xalqına başsağlığı verib.
Xarici siyasət
9 aprel 2025 20:06
Azərbaycan XİN Dominikan hökuməti və xalqına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikan hökumətinə və xalqına başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Dominikan Respublikasının paytaxtın Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində 124 nəfər həyatını itirib.

Orphus sistemi