Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başlayıb - VİDEO - YENİLƏNİB

Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başlayıb - VİDEO - YENİLƏNİB Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb
Xarici siyasət
2 İyun , 2021 11:36
Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başlayıb - VİDEO - YENİLƏNİB

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin ölkəmizə rəsmi səfəri davam edir.

"Report" xəbər verir ki, Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə işgüzar səfər ediblər.
Nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, Məqbərədə yaradılan şəraitlə tanış olublar. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunduğu qonaqların diqqətinə çatdırılmaqla, dünya şöhrətli dahi Azərbaycan şairinin iris barədə heyət üzvlərinə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Qonaqlara məlumat verilib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib.
Məlumat verilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

Daha sonra qonaqla Gəncə şəhər prokurorluğunun inzabati binasında yaradılmış şəraitlə tanış olmuş, onlara prokurorluğun fəaliyyəti ilə bağlı ətraflı məlumat verilmişdir.

09.56

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hər iki Baş prokuror ilk olaraq Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət edirlər.

Bəkir Şahin və Kamran Əliyev Nizami məqbərəsini ziyarət etdikdən sonra şəhərin mərkəzi meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyacaqlar.

Daha sonra Baş prokurorlar Vətən müharibəsi zamanı Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərini raket atəşinə tutduğu əraziyə gedəcəklər.

Son xəbərlər

Orphus sistemi