Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Sloveniyanın xarici işlər və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə edilib.
C.Bayramov Azərbaycanın Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına önəm verdiyini qeyd edib. Qarşılıqlı səfərlər və daimi siyasi dialoqun əlaqələrimizin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
İqtisadiyyat, ticarət, energetika, xüsusilə də “yaşıl enerji” sahələri üzrə əməkdaşlığın inkişafı istiqamətində mühüm imkanların mövcudluğu diqqətə çatdırılıb.
Qarşı tərəf, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi, sədrliyi, sessiyanın yekunları barədə ətraflı məlumatlandırılıb, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində beynəlxalq səylərə bundan sonra da töhfə verməkdə davam edəcəyi qeyd olunub, bu istiqamətdə əməkdaşlığa hazır olduğumuz bildirilib.
Nazir, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma gündəliyində son durum barədə məlumatlandırıb.
Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanja Fajon ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında yazılıb.
Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
İqtisadiyyat, ticarət və enerji sahələrində mövcud əməkdaşlıq potensialı diqqətə çatdırılıb və mövcud imkanlardan yararlanmaq üçün mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq məqsədilə siyasi dialoqun davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Sloveniyanın xarici işlər nazirinə münaqişədən sonrakı regional vəziyyət və reallıqlar barədə də məlumat verilib.