Azərbaycan və Rusiyanın FHN rəhbərləri əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Rusiyanın FHN rəhbərləri əməkdaşlığı müzakirə ediblər Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.
Xarici siyasət
5 Fevral , 2021 06:51
Azərbaycan və Rusiyanın FHN rəhbərləri əməkdaşlığı müzakirə ediblər
Kəmaləddin Heydərov

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Səfər çərçivəsində nazir K.Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçevlə görüşüb. Görüş zamanı iki nazirlik arasında əməkdaşlığın vəziyyəti və perspektivləri geniş müzakirə olunub. Vurğulanıb ki, qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən tədbirlər, səfər və görüşlər əlaqələrin qarşılıqlı faydalı olmaqla daha da genişləndirilməsinə imkan yaradır.

Görüş zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən aidiyyəti humanitar tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Hər iki nazirliyin müvafiq xilasetmə qruplarının nümayəndələri videokonfrans vasitəsilə görüşdə iştirak ediblər. Ərazilərin minalardan təmizlənməsi, habelə azərbaycanlı pirotexnik-mütəxəssislərin hazırlığı məsələləri də müzakirə olunub.

Səfər zamanı Azərbaycan FHN-in nümayəndə heyəti Rusiya FHN-in Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Son xəbərlər

Orphus sistemi