Azərbaycan və İran əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycan və İran əməkdaşlığın gücləndirilməsini müzakirə edib Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.
Xarici siyasət
7 Mart , 2022 18:16
Azərbaycan və İran əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə mədəniyyət və incəsənət sahələrində əlaqələrin davam etdirilməsi və daha da artırılması, beynəlxalq və regional təşkilatlar çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni mübadilə proqramlarının, qastrolların, sərgi, konfrans və digər birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Səfir Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın vaxtıilə işğalda olmuş ərazilərində tarixi və mədəni abidələrinin, məscidlərin dağıdılması və təhqir olunması haqqında məlumat verərək və bu abidələrin bərpası və qorunmasının Azərbaycan üçün prioritet təşkil etdiyini bildirib. Eyni zamanda Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniyası təşəbbüsü ilə çıxış etdiyini və İranın da nüfüzlü mədəni, ictimai-siyasi xadimlərinin sözügedən təşəbbüs çərçivəsindəki fəaliyyətlərə qoşula biləcəyini bildirib.

Görüşdə həmçinin, qarşılıqlı səfərlərin təşkil olunması və pandemiya şəraitinin yaxşılaşması ilə mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi