Azərbaycan və ABŞ dəniz mühəndisliyi sahəsində layihələri müzakirə ediblər

Xarici siyasət
  • 08 dekabr, 2025
  • 17:13
Azərbaycan və ABŞ dəniz mühəndisliyi sahəsində layihələri müzakirə ediblər

ABŞ-nin Azərbaycandakı Səfirliyi və Azərbaycan Dövlət Dəniz Akademiyası dəniz daşımaları və mühəndislik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Ötən həftə ABŞ-nin Bakıdakı Səfirliyinin İctimai Diplomatiya Şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi ilə görüşərək dəniz daşımaçılığı və mühəndislik sahəsində ABŞ təcrübəsinin "Fulbright" proqramları, "American Spaces" guşələri, ingilis dili təlimləri və ABŞ universitetləri ilə əməkdaşlıq vasitəsilə paylaşılması, həmçinin bunun ikitərəfli münasibətlərin inkişafına töhfə verməsi mövzusunda müzakirələr aparıb", - deyə bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti