Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı məlum olub

Xarici siyasət
  • 01 aprel, 2016
  • 09:17
Azərbaycan, Türkiyə və İran  xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı məlum olub

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı məlum olub. "Report"a Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş aprelin 5-6-da İranın Rəmsar şəhərində keçiriləcək.

Görüş zamanı üçtərəfli regional əməkdaşlığın inkişaf perspektivləri  müzakirə olunacaq.