Yuxarı

Azərbaycan səfiri: "Rusiya ilə Türkiyə arasındakı böhranın bitməsi üçün vasitəçi olmağa hazırıq"

Faiq Bağırov: Türkiyə-Rusiya əlaqələri Qafqaz bölgəsi üçün də önəmlidir

Bakı. 4 fevral. REPORT.AZ/ "Rusiya ilə Türkiyə arasındakı böhranın bitməsi üçün vasitəçi olmağa hazırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov "Diplomatic Observer" jurnalına müsahibəsində deyib.

Səfir bildirib ki, Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə yaxşı əlaqələri var və təyyarənin vurulması ilə bağlı məlum hadisədən sonra iki dövlət arasında yaranan böhranı xoşagələn hal saymır.

F.Bağırov qeyd edib ki, Rusiya təyyarəsinin vurulmasından sonra yaranan böhranlı vəziyyətdə Azərbaycan Türkiyənin yanındadır: "Bunu Prezident İlham Əliyev bir müddət öncə açıqlayıb".

O, Türkiyə-Rusiya əlaqələrinin Qafqaz bölgəsi üçün də önəmli olduğuna diqqəti çəkib.

Diplomat vurğulayıb ki, Azərbaycan Türkiyə ilə qardaş, Rusiya ilə strateji əlaqələri olan bir ölkədir: "Tərəflər istədikləri təqdirdə vasitəçilik etməyə hazırıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi