​Azərbaycan səfiri Küveyt parlamentinin sədri ilə görüşüb

​Azərbaycan səfiri Küveyt parlamentinin sədri ilə görüşüb Elxan Qəhrəman parlament sədrini Azərbaycana dəvət edib
Xarici siyasət
18 İyul , 2016 21:56
​Azərbaycan səfiri Küveyt parlamentinin sədri ilə görüşüb

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin parlamentinin sədri Mərzuq Əl-Ğanim ilə nəzakət görüşü keçirib.

Səfirlikdən “Report”a verilən məlumata görə, ilk öncə E.Qəhrəman Küveytdə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi sahələrlə yanaşı parlamentlərarası əlaqələrin də yüksək səviyyədə inkişaf etdirilməsi üçün ciddi cəhdlə çalışacağını vurğulayıb.

Mərzuq Əl-Ğanim səfir E.Qəhrəmanı ölkəsinə təyinatı münasibətilə təbrik edib, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb, Küveytə dost və qardaş olan Azərbaycan ilə ölkəsinin bütün istiqamətlərdə əlaqələrin inkişafına önəm verdiyini bildirib.

E.Qəhrəman iki ölkə arasında əlaqələrin tarixindən bəhs edərək, Sovet İttifaqının süqutundan sonra Küveyt Dövlətinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu, müstəqilliyin ilk illərində respublikamızın qarşılaşdığı problemlərdən, xüsusən də Ermənistanın ölkəmizə ərazi iddiaları ilə bağlı təcavüzü səbəbindən meydana gələn problemlərin həllində istər Azərbaycana göstərilən humanitar yardıma, istərsə də beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkürünü bildirib.

Göstərilənlərlə yanaşı, E.Qəhrəman söhbət zamanı M.Əl-Ğanimə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını çatdırıb, iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsindən söz açıb, bunun sürətləndirilməsi üçün hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb, həmkarının ölkəmizə səfəri ilə bağlı dəvətinin qüvvədə qaldığını qeyd edib və onu təkrarən respublikamıza dəvət edib.

M.Əl-Ğanim onun da salamlarının həmkarı cənab O.Əsədova çatdırılmasını xahiş edib, təkrar dəvətə görə təşəkkürünü bildirərək, qısa zaman ərzində Azərbaycana səfərinin reallaşacağını, bu məqsədlə müvafiq tədbirlərin həyata keçirilməsi üçün göstəriş verəcəyini bildirib və səfərin təfərrüatları barədə ən yaxın vaxtda səfirliyimizin məlumatlandırılacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi