Azərbaycan Prezidenti Yunanıstanın dövlət başçısını milli bayram münasibətilə təbrik edib

Xarici siyasət
  • 24 mart, 2018
  • 14:12
Azərbaycan Prezidenti Yunanıstanın dövlət başçısını milli bayram münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.