Azərbaycan Prezidenti TDT-nin Zirvə Görüşünün iştirakçılarını Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycan Prezidenti TDT-nin Zirvə Görüşünün iştirakçılarını Ermənistanın təxribatları barədə məlumatlandırıb "İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir".
Xarici siyasət
11 Noyabr , 2022 10:09
Azərbaycan Prezidenti TDT-nin Zirvə Görüşünün iştirakçılarını Ermənistanın təxribatları barədə məlumatlandırıb
İlham Əliyev

"İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onalrı əzəli torpaqlarımızdan qovmuşuq", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi