​Azərbaycan Prezidenti London şəhəri merinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

​Azərbaycan Prezidenti London şəhəri merinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Dövlət başçısı iki ölkə arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyib
Xarici siyasət
1 İyun , 2015 14:01
​Azərbaycan Prezidenti London şəhəri merinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report" xəbər verir ki, London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. 

O, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd edib. Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin baş naziri adından çıxış edəcəyini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyib. Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirib. Son illər Azərbaycanda gedən sürətli inkişaf proseslərinə toxunan dövlət başçısı paytaxtda böyük quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun və istirahət obyektlərinin yaradıldığını bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində bp-nin xüsusi rolu vurğulanıb və əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi