​Azərbaycan Prezidenti Gürcüstanda rəsmi səfərdədir

​Azərbaycan Prezidenti Gürcüstanda rəsmi səfərdədir Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar
Xarici siyasət
5 Noyabr , 2015 16:30
​Azərbaycan Prezidenti Gürcüstanda rəsmi səfərdədir

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Bundan sonra Prezident İlham Əliyev Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Prezident İlham Əliyev həmçinin Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib.

Burada dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi