Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.
Xarici siyasət
4 Dekabr , 2021 14:41
Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.

“Report”un xəbərinə görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi