Azərbaycan Prezidenti finlandiyalı həmkarına təbrik məktubu göndərib

Xarici siyasət
  • 05 dekabr, 2017
  • 13:45
Azərbaycan Prezidenti finlandiyalı həmkarına təbrik məktubu göndərib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın dövlət başçısı Sauli Niinistöyə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".

44 filmi