Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib
- 18 noyabr, 2026
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
"Report" xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli ilə Çinin Azərbaycandakı səfiri Lu Meyin görüşündə söhbət aparılıb.
Nazir Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini, bu əlaqələrin təməlində hər iki ölkə liderinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin dayandığını vurğulayıb. Qeyd olunub ki, siyasi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq mədəni əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.
Görüşdə mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irs, muzey işi və yaradıcı sənayelər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Lu Mey Çinin Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.