FIBA Avropa Kuboku: "Gəncə" "Kolossos"un qonağı olacaq

Komanda
  • 18 noyabr, 2026
  • 09:33
FIBA Avropa Kuboku: Gəncə Kolossosun qonağı olacaq

"Gəncə" basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə C qrupunda yer alan Murat Dikmenin komandası VII turda səfərdə Yunanıstan təmsilçisi "Kolossos"un qonağı olacaq.

Qarşılaşma Falirakidəki "Kalliteya" zalında Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycamn təmsilçisi 6 xalla sonuncu - altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın "Rilski Sportist" klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.

44 filmi