Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib.
“Report” xəbər verir ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub.
Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir.
Eyni zamanda Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub.
Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.
“Report” xəbər verir ki, humanitar yük Bakıdan təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.
Humanitar yardıma su boruları, su nasosları, xilasedici gödəkçələr və s. daxildir.