XİN ÜTT-nin İcraiyyə Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür edib

XİN ÜTT-nin İcraiyyə Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür edib Bolqarıstanın Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb. Cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçk
Xarici siyasət
2 İyun , 2023 09:18
XİN ÜTT-nin İcraiyyə Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür edib

Xarici İşlər Nazirliyi Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkür edib.

Nazirlikdən "Report"a bildirilib ki, Bolqarıstanın Sofiya şəhərində ÜTT-nin Avropa üzrə Komissiyasının 68-ci iclası başlayıb.

İyunun 1-də iclas çərçivəsində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilən seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.

"Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik", - XİN-dən bildirilib.

İclas bu gün başa çatacaq.

Son xəbərlər

Orphus sistemi