Ayxan Hacızadə iranlı səfirlə görüşüb
Xarici siyasət
- 29 iyul, 2025
- 22:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.
Ayxan Hacızadə iki ölkənin Xarici İşlər Nazirliklərinin sözçüləri arasında qarşılıqlı əlaqələrin artmasına müsbət yanaşıb, Azərbaycanın İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.
Görüş zamanı həmçinin media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın artırılması diqqət mərkəzində olub.
Son xəbərlər
02:09
Robert Fitso Serbiyada parlament seçkilərin öncəsi Vuçiçə dəstək verib
Digər ölkələr01:52
"Axios": ABŞ İranın iki diplomatını ölkədən çıxarıb
Digər ölkələr01:21
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
Region00:58
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib
Region00:43
UEFA Millətlər Liqası: İspaniya ev, İngiltərə səfər oyununda qalib gəlib
Futbol00:19
Pentaqon Ayətrafı sistemlərdən hərbi məqsədlərlə istifadə imkanını öyrənir
Digər ölkələr00:01
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Daxili siyasət00:00
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Daxili siyasət23:52