Ayxan Hacızadə: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik

Ayxan Hacızadə: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik.
Xarici siyasət
6 Yanvar , 2025 18:22
Ayxan Hacızadə: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik
Ayxan Hacızadə

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə "Report"un sualına cavabında deyib.

"Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.

Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı", - A.Hacızadə bildirib.

Son xəbərlər

Orphus sistemi