Ayxan Hacızadə: Ermənistanın hərbi potensialının artırılması Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir

Ayxan Hacızadə: Ermənistanın hərbi potensialının artırılması Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Xarici siyasət
11 fevral 2025 06:53
Ayxan Hacızadə: Ermənistanın hərbi potensialının artırılması Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir
Ayxan Hacızadə

Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress”də yayımlanan məqaləsində yer alan iddialarla bağlı şərhində bildirilib.

Ayxan Hacızadə bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb:

"Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir. Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir", - o əlavə edib.

Orphus sistemi