Azərbaycan XİN ABŞ səfirliyinə cavab verib

Azərbaycan XİN ABŞ səfirliyinə cavab verib ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür.
Xarici siyasət
23 Dekabr , 2024 20:22
Azərbaycan XİN ABŞ səfirliyinə cavab verib
Ayxan Hacızadə

ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavabında deyilir.

O bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.

"Görünür, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır", - A.Hacızadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi