AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb

İnfrastruktur
  • 05 noyabr, 2026
  • 16:19
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 1,6 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında "biletim.az" portalı vasitəsilə onlayn qaydada 1 milyon 34 min 341 bilet əldə edilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Həmçinin ötən ilin yanvar-oktyabr aylarında onlayn satılmış biletlərin xüsusi çəkisi ümumi bilet satışının 28 %-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 42 %-dir.

Ötən ilin 10 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 36,5 % idisə, cari ilin müvafiq dövründə bu göstərici 48 %-ə yüksəlib. Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

"Biletim.az" portalında 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

44 filmi