Avstraliyada dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasının qurbanlarının xatirəsi yad edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İttifaqdakı səfirliyi
“Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı və bir qrup Azərbaycan icmasının üzvləri ilə birlikdə dekabrın 25-də baş vermiş Azərbaycan təyyarə qəzasının qurbanlarının xatirəsi səfirlikdə anılmışdır”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı – Qroznı aviareysini həyata keçirən “Embraer 190” təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Təyyarənin Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qaldığı ehtimal edilir. Hava gəmisinin qara qutularının Braziliyada oxunması qərara alınıb.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Rusiyanın hava məkanında baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə etmişdi. Növbəti gün Azərbaycan lideri Moskvanı “öz günahını etiraf etməyə” çağırmışdı.