Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək

Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero iyunun 1-də Azərbaycana səfər edəcək.
Xarici siyasət
15 May , 2023 11:23
Avropa Komissiyasının rəsmisi Azərbaycana səfər edəcək

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero iyunun 1-də Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Səfər çərçivəsində Kristina Lobillo Borrero Bakı Enerji Forumunda iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan paytaxtında mayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci “Caspian Oil & Gas” beynəlxalq sərgisi, 11-ci “Caspian Energy and Green Energy” Beynəlxalq “Caspian Power” sərgisi və 28-ci Bakı Enerji Forumu keçiriləcək.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Kanada, Çin, Küveyt, Monako, Niderland, Norveç, BƏƏ, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, ABŞ, Tailand, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və Yaponiyadan olan 164 şirkət iştirakını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi