Yuxarı
    Bağlamaq

    AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı bəyanat yayıb

    Həmməruzəçilər Azərbaycanın ədliyyə sahəsində islahatlarla bağlı Avropa Şurası ilə sıx əməkdaşlığa hazır olmasını alqışlayıblar

    Bakı. 19 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana etdikləri səfərin yekunları ilə əlaqədar bəyanatla çıxış ediblər.

    "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmməruzəçilər Azərbaycan tərəfi ilə bir sıra sahələrdə, o cümlədən ədliyyə, söz azadlığı və insan hüquqları sahələrində islahatların aparılması üzrə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

    Həmməruzəçilər Azərbaycanın ədliyyə sahəsində islahatlarla bağlı Avropa Şurası ilə sıx əməkdaşlığa hazır olmasını alqışlayıblar.

    Həmməruzəçilər bu səfərin yekunları barədə məlumatı AŞPA Monitorinq Komitəsinin növbəti görüşlərindən birində təqdim edəcəklərini qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi