Arif Məmmədov Azərbaycanın səfiri diplomatik rütbəsindən məhrum edilib

Xarici siyasət
  • 13 noyabr, 2015
  • 13:46
Arif Məmmədov Azərbaycanın səfiri diplomatik rütbəsindən məhrum edilib

Bakı. 13 noyabr. REPORT.AZ/Azərbaycan Prezidenti İlham Əliyev Arif Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin".