Araz Əzimov: “Sputnik"in ofisindəki tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır

Xarici siyasət
  • 02 iyul, 2025
  • 17:21
Araz Əzimov: “Sputnikin ofisindəki tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır
Araz Əzimov

Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradları əsassızdır.

“Report”un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov XİN-ə çağırılan Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova deyib.

“Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.