Alyans rəhbəri: Hüququn aliliyi insanların qanun qarşısında bərabərliyinin təminatıdır
- 18 iyun, 2025
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Hüquqlar pozulduğu zaman həqiqi ədalət olmur və hesabatlılıqdan yayınma halları baş verir.
“Report” xəbər verir ki, bunu Milli İnsan Hüquqları İnstitutları Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda yayımlanan videomüraciətində deyib.
O bildirib ki, hüququn aliliyi həm milli, həm də beynəlxalq insan hüquqları institutlarının əsas iş prinsiplərindən biri kimi qəbul edilir:
“Biz hüququn aliliyini insan ləyaqətinin, qanun qarşısında bərabərliyin və ayrı-seçkiliyə qarşı mübarizənin təminatı kimi görürük. Bəzi hallarda siyasi təzyiqlərə, digərlərində isə məhdud resurslara, azalan fəaliyyət imkanlarına baxmayaraq, bizim institutlar hüququn aliliyinin keşikçiləri olaraq qalır. Ümid edirəm ki, bu debat fəaliyyətlərimizin təkmilləşdirilməsinə töhfə verəcək”.