Almaniya Prezidenti: Azərbaycana səfər ikitərəfli əlaqələrin və regionda sülh prosesinin müzakirəsi üçün yaxşı fürsətdir

Almaniya Prezidenti: Azərbaycana səfər ikitərəfli əlaqələrin və regionda sülh prosesinin müzakirəsi üçün yaxşı fürsətdir Azərbaycana səfər Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini müzakirə etmək üçün yaxşı fürsətdir.
Xarici siyasət
2 aprel 2025 11:38
Almaniya Prezidenti: Azərbaycana səfər ikitərəfli əlaqələrin və regionda sülh prosesinin müzakirəsi üçün yaxşı fürsətdir

Azərbaycana səfər Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini və Cənubi Qafqazda sülh prosesini müzakirə etmək üçün yaxşı fürsətdir.

“Report”un əməkdaşının məlumatına görə, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətləri tərkibində keçirilən görüşdə bildirib.

F.Ştaynmayer xatırladıb ki, Azərbaycana son səfəri 9 il əvvəl, xarici işlər naziri vəzifəsində olduğu zaman baş tutub.

"O vaxtdan bəri ciddi geosiyasi dəyişikliklər baş verib. Bakıya qayıtmağıma şadam. Bu, geniş fikir mübadiləsi aparmaq, xüsusilə ikitərəfli münasibətlərin inkişafı və Ermənistanla sülh prosesi məsələlərini müzakirə etmək üçün yaxşı fürsətdir", - Prezident bildirib.

Almaniya Prezidenti, həmçinin xatırladıb ki, 2023-cü ildə Qazaxıstana səfəri çərçivəsində ticarət limanlarını və logistika mərkəzlərini ziyarət edib, o cümlədən “Zərifə Əliyeva” adlı gəmi-bərəsində olub: 

"Bu gəmi həmçinin Azərbaycan ərazisidir. O zaman deyə bilərəm ki, bu səfərdən əvvəl Azərbaycan ərazisində iki dəfə olmuşam".

Son xəbərlər

Orphus sistemi