Alen Berse: Avropa Şurası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləyir

Alen Berse: Avropa Şurası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləyir Avropa Şurası Azərbaycan və Ermənistanın sülh sazişinin mətni ilə bağlı razılıq əldə edilməsi barədə bəyanatlarını alqışlayır.
Xarici siyasət
14 mart 2025 15:07
Alen Berse: Avropa Şurası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləyir
Alen Berse

Avropa Şurası Azərbaycan və Ermənistanın sülh sazişinin mətni ilə bağlı razılıq əldə edilməsi barədə bəyanatlarını alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) baş katibi Alen Bersenin bəyanatında bildirilib.

"Əldə edilmiş razılaşma hər iki dövlətin regionda sabit və dayanıqlı sülh qurmaq iradəsini nümayiş etdirir. İndi bu impulsu qoruyub saxlamaq və prosesi uğurla başa çatdırmaq son dərəcə vacibdir", - bəyanatda qeyd olunub.

A.Berse Avropa Şurasının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını tam dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.

Orphus sistemi