Aleksey Overçuk: Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır

Aleksey Overçuk: Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır.
Xarici siyasət
25 İyun , 2024 17:31
Aleksey Overçuk: Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır

Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır.

“Report” “News.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “Primakov qiraətləri”ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva və Bakı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və digər layihələr üzrə uğurla əməkdaşlıq edirlər: “Biz Azərbaycanla münasibətlərin çiçəklənmə dövrünü yaşayırıq. Bir sıra maraqlı, o cümlədən sənayenin inkişafı ilə bağlı layihələrimiz var, buraxılış məntəqələrimizi birgə modernləşdirdik. Nəqliyyat vasitələrinin keçidi ilə bağlı işlər çox səmərəli şəkildə aparılır. Sərhəddə heç bir gecikmə yoxdur”.

A.Overçuk vurğulayıb ki, Azərbaycan tranzit ölkədir və bu, iqtisadi inkişaf baxımından Rusiya üçün son dərəcə faydalıdır.

Onun sözlərinə görə, Bakının siyasəti Moskvaya ixrac axını inkişaf etdirməyə və onların Qlobal Cənub istiqamətində irəliləməsi üçün şəraiti yaxşılaşdırmağa imkan verir: “Hazırda Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən 168 kilometrlik hissəsində tikinti işləri ilə məşğuluq. Bundan başqa, bu dəmir yolunun İranın Bəndər Abbas və Çabahar limanlarına çıxışı əldə etməsi üzərində çalışırıq. Üstəlik, Liviyaya və digər Ərəb və Afrika ölkələrinə də çıxışımız var. Bunlar bu gün ehtiyac duyduğumuz qlobal genişlənən bazarlardır”.

Son xəbərlər

Orphus sistemi