AK Parti nümayəndə heyəti Azərbaycana gəlir, Şuşada keçiriləcək tədbirdə iştirak edəcəklər
Xarici siyasət
- 13 iyun, 2024
- 07:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Bu barədə "Report"a Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım məlumat verib.
O bildirib ki, səfər Yeni Azərbaycan Partiyasının dəvəti əsasında həyata keçiriləcək:
"Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanları, “Türk şəhidliyi” abidəsini ziyarət edəcəklər. Daha sonra AK Parti nümayəndə heyəti Şuşaya səfər edəcək. Orada 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin növbəti ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə iştirak edəcəklər".
Son xəbərlər
10:40
Azərbaycandakı bankların Mərkəzi Bankdakı vəsaitlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:37
Şahdağa qar yağıb - Faktiki hava
Ekologiya
10:35
Foto
Video
Qubadlıda ilk su elektrik stansiyası tikilir
İnfrastruktur
10:20
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:15
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
Digər ölkələr
10:12
Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"la üz-üzə gəlir
Komanda
10:00
"Böyük Dəbilqə": Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Fərdi
10:00
Azərbaycandakı bankların aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
09:50
Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb
ASK