Aİ və ÜST COVID-19 ilə mübarizədə Azərbaycana yardım edir

Aİ və ÜST COVID-19 ilə mübarizədə Azərbaycana yardım edir “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycana 168 min fərdi qoruyucu vasitə çatdırılıb
Xarici siyasət
744
3 İyul , 2020 14:15
Aİ və ÜST COVID-19 ilə mübarizədə Azərbaycana yardım edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycana 168 min fərdi qoruyucu vasitə çatdırılıb.

“Report” xəbər verir ki, onlar müvafiq tibb müəssisələri arasında bölüşdürüləcək.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu vasitələrin koronavirusla mübarizədə əhəmiyyətindən danışıblar.

“COVID-19-a qarşı mübarizədə tibb işçilərinin özlərini qorumaları çox vacibdir”, - ÜST nümayəndəsi söyləyib.

“İnsan həyatından və sağlamlığından daha qiymətli bir şey yoxdur. Bugünkü layihə həmrəylik təşəbbüsünün bir hissəsidir”, - Aİ səfiri deyib. O, hər kəsi tibbi maska ​​taxaraq özlərini, bununla da başqalarını qorumağa çağırıb.

“Yalnız bu cür addımlar atmaqla ən qısa müddətdə normal həyata qayıda biləcəyik”, - K.Yanskauskas vurğulayıb.