ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) Lənkərana səfər edib.
"Report" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu, M.Libbinin Azərbaycanın bölgələrinə ilk səfəridir.
Səfir mübadilə proqramı məzunları, habelə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən Fulbrayt ingilis dili tədrisi üzrə köməkçi ilə görüşüb.
"Lənkəran çayı ilə bəzədilmiş nahar süfrəsi arxasında qrup öz mübadilə proqramı təcrübələrini və hekayələrini səfir ilə bölüşüb. Bu hekayələr onların xaricdə qazandıqları təcrübənin yerli cəmiyyətə göstərdiyi dərin təsiri nümayiş etdirirdi", -səfirlikdən bildirilib.
Səfir Libby ilk bölgə səfərində Lənkəranı ziyarət etməkdən şad oldu! O, mübadilə proqramı məzunları, habelə Lənkaran Dövlət Universitetində fəaliyyət göstərən Fulbrayt ingilis dili tədrisi üzrə köməkçi ilə görüş keçirdi. Lənkəran çayı ilə bəzədilmiş nahar süfrəsi arxasında qrup… pic.twitter.com/7T8w5J0gHT