ABŞ-dakı erməni təşkilatlarının səfirliyimiz qarşısında aksiya planı baş tutmayıb

ABŞ-dakı erməni təşkilatlarının səfirliyimiz qarşısında aksiya planı baş tutmayıb 15 sentyabrda ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirib.
Xarici siyasət
16 Sentyabr , 2022 07:49
ABŞ-dakı erməni təşkilatlarının səfirliyimiz qarşısında aksiya planı baş tutmayıb

15 sentyabrda ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirib.

“Report”un məlumatına görə, “aksiya iştirakçıları” səfirliyimiz tərəfindən Azərbaycan dövlət himni, hərbi marşları və vətənpərvərlik mövzusunda olan musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla olduqca “isti qarşılanıb”.

Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarlarını özləri belə eştiməkdə çətinlik çəkiblər.

Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatlar yazılmış plakatlar və qondarma “bayraqlarla” səfirliyin fonunda şəkil çəkdirməyə çalışıblar.

Lakin bu zaman da istəklərinə nail ola bilmədən, plakatlarını da qoyub uzaqlaşmaq məcburiyyətində qalıblar. Bununla belə, Azərbaycan bayrağı daim yüksəklərdə dalğalanıb və dövlət himninin sədaları ucalardan eşidilib.

Qeyd edək ki, aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb və ermənilərin “mənalı” aksiyası yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi