ABŞ Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır və bunun tərəflər arasında danışıqları asanlaşdıracağına ümid edir.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Biz Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşdən məmnunluq duyur və hərtərəfli sülh prosesinə təkan vermək üçün Fransa Prezidentinin və Avropa Şurası rəhbərinin addımlarını alqışlayırıq”.
Eyni zamanda Dövlət Departamentinin rəsmisi ABŞ-ın Aİ-nin regionda müşahidəçi missiyası məsələsində irəliləyişi alqışladığını bildirib:
“Bu missiya tərəflər arasında etimadın yaradılmasına xidmət edir və Ermənistanla Azərbaycan arasında danışıqlara töhfə verməyə davam edəcək”.
Xatırladaq ki, Avropa Şurasının bəyanatına əsasən, Aİ-nin mülki missiyası oktyabrda Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayacaq və iki ay davam edəcək.