Yunanıstan turistlər üçün endirimlərə hazırlayır

Yunanıstan turistlər üçün endirimlərə hazırlayır Yunanıstan turistləri daha aşağı qiymətlərlə cəlb etməyə çalışacaq.
Turizm
23 May , 2020 15:41
Yunanıstan turistlər üçün endirimlərə hazırlayır

Yunanıstan turistləri daha aşağı qiymətlərlə cəlb etməyə çalışacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Daxili və xarici turizmi stimullaşdırmaq üçün hökumət istirahət edənlər üçün ən çox tələbatlı olan mal və xidmətlərin qiymətlərini aşağı salmaq qərarına gəlib. Buraya adalar arasındakı uçuşlar, bərə keçidləri və avtobus reysləri, əyləncə parklarına biletlər, dəniz gəzintiləri aiddir.

Digər təklif turistik iaşə, qəhvə və sərinləşdirici içkilərdə endirimlərlə bağlıdır. Hökumət bu cür müəssisələr üçün vergi dərəcəsini 24 faizdən 13 faizə endirib.

“Yunanıstanda turizm mövsümü iyunun 15-də açılır, mövsümi hotellər işə başlayacaq. İyulun 1-dən isə xaricdən istirahətə gələnlərin qəbuluna başlanılacaq”, - Baş nazir Kiriakos Mitsotakis bildirib.

Yerli KİV isə mənbələrə istinadən yazır ki, ölkəyə ilk olaraq Avstraliya, Kipr, İsrail, Çin, Yaponiya, Danimarka, Avstriya və qonşu Balkan dövlətlərindən gələnlər buraxılacaq. Onların karantində qalması zəruri olmayacaq, sadəcə, koronavirus testindən keçmək kifayət edəcək.

Son xəbərlər

Orphus sistemi