"Yanardağ"da qaz-geokimyəvi və geofiziki tədqiqatlar aparılacaq

"Yanardağ"da qaz-geokimyəvi və geofiziki tədqiqatlar aparılacaq "Yanar dağ" təbiət abidəsində kompleks qaz-geokimyəvi və geofiziki tədqiqatlar aparılcaq.
Turizm
17 Oktyabr , 2024 13:07
Yanardağda qaz-geokimyəvi və geofiziki tədqiqatlar aparılacaq

"Yanar dağ" təbiət abidəsində kompleks qaz-geokimyəvi və geofiziki tədqiqatlar aparılcaq.

“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentliyin Qoruqları İdarəetmə Mərkəzi artıq hazırlıqlara başlayıb. Təbiət abidəsində tədqiqatları Elm və Təhsil nazirliyinin Geologiya və Geofizika İnstitutu aparacaq.

Xatırladaq ki, "Yanar dağ" Abşeron rayonunun Məmmədli kəndində yerləşir. Prezident İlham Əliyevin 2 may 2007-ci il tarixli sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli qərarı ilə tənzimlənir. Dövlət başçısının 17 iyul 2018-ci il tarixli sərəncamı ilə qoruq yenidən qurulub, abidənin ərazisində müasir turizm infrastrukturu yaradılıb.

Son xəbərlər

Orphus sistemi