Səfir Rodriqo Labardini: “Azərbaycan-Meksika turizm əlaqələri təşviq olunmalıdır”

Səfir Rodriqo Labardini: “Azərbaycan-Meksika turizm əlaqələri təşviq olunmalıdır” Azərbaycanın qabaqcıl turizm agentliklərinin nümayəndələri Meksikaya səfər ediblər.
Turizm
9 Oktyabr , 2021 20:47
Səfir Rodriqo Labardini: “Azərbaycan-Meksika turizm əlaqələri təşviq olunmalıdır”
Rodriqo Labardini

Azərbaycanın qabaqcıl turizm agentliklərinin nümayəndələri Meksikaya səfər ediblər.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, qabaqcıl turizm agentliklərinin nümayəndələri səfər zamanı Mexiko şəhəri və Kintana Ru ştatı ilə tanış olub, orada Kankun və Rivyera Mayanın digər məkanlarına səyahət ediblər.

Azərbaycanlı nümayəndələr Antropologiya Muzeyi və Teotiuakan Piramidaları kimi böyük mədəni və tarixi marağa malik bir sıra yerləri tanımaq imkanında olublar. Eyni zamanda əsrarəngiz çimərliklər, zəngin təbiət və milli mətbəxin nümunələrindən zövq alıb, mədəniyyət xüsusiyyətlərini və Meksikada təklif olunan xidmətlərin yüksək keyfiyyətini təqdir etdilər.

Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini səfərdə iştirak edənlərlə görüşüb. Turizm nümayəndələri öz təəsüratları ilə bölüşərək, ölkənin turizm potensialını müsbət dəyərləndiriblər. Görüş əsnasında Meksika ilə Azərbaycan arasında turizmin inkişafı perspektivləri, turist axınlarının qarşılıqlı artımı və bu sektorda təcrübə mübadiləsinin səmərəliyindən söhbət aparılıb.

Səfir Labardini öz növbəsində Meksikanın turizm sektoru barədə məlumat verib və ölkənin turizm marşrutları və istiqamətləri haqqında faydalı məlumatlarla zəngin www.visitmexico.com səhifəsini təqdim edib. Diplomat pandemiyadan sonrakı dövrdə sektorun yenidən canlanması üçün səylərin davam etdirilməsi, iqtisadiyyatın bu vacib sahəsinin bərpası naminə hər iki ölkənin turizm sahəsi nümayəndələri arasında əlaqələrin təşviq olunmasının zəruriyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi