Şamaxıda türkdilli ölkələrin turizm nazirlərinin toplantısı olacaq

Şamaxıda türkdilli ölkələrin turizm nazirlərinin toplantısı olacaq Mayın 24-də Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı keçiriləcək.
Turizm
20 May , 2022 12:04
Şamaxıda türkdilli ölkələrin turizm nazirlərinin toplantısı olacaq

Mayın 24-də Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Təşkilatın Katibliyi məlumat yayıb.

Məlumata görə, tədbir Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Təşkilatın baş katibi Bağdat Amreyevin moderatorluğu ilə baş tutacaq.

Nazirlər üzv ölkələrin iri şəhərləri ilə müşahidəçi ölkələr arasında uçuşların sayının artırılması, İpək Yolu Turizminin potensialının üzə çıxarılması – Üzv Dövlətlər və Müşahidəçi Dövlətlər arasında bilik və təcrübə mübadiləsi, “Müasir İpək Yolu Birgə Turu”nun həyata keçirilməsi,“Türk Dünyası Turizm Paytaxtı” layihəsi, Səyahət Agentlikləri Assosiasiyaları ilə Üzv və Müşahidəçi Dövlətlərin digər qurumları arasında əməkdaşlıq imkanlarının araşdırılması və əlaqələrin qurulması barədə müzakirələr aparacaq.

Bundan başqa, tərəflər "Türk Dünyası Turizm İdarəsi” və “Türk Dövlətləri Turizm Təşkilatının Yol Xəritəsi”ni də təsdiqləyəcəklər.

Son xəbərlər

Orphus sistemi