"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyi Şamaxı və İsmayıllı rayonlarının turizm potensialının reallaşdırılması məqsədi ilə təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə təqdim edəcək.
"Report" bu barədə Assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, ötən gün qurumun nəzdindəki Turizm Ekspertlər Klubunun regionların turizm imkanlarının qiymətləndirilməsi və bölgələrin daxili turizm potensialının artırılması məqsədilə görüşü keçirilib. Görüşdə ilkin mərhələdə adları çəkilən rayonların turizm infrastrukturu ilə yaxından tanış olmaq üçün infoturun təşkil olunması təklif olunub. İnfoturun məqsədi qeyd edilən bölgələrdə mövcud turizm marşrutları, turizm məhsulları, istirahət və əyləncə mərkəzləri və hotellər ilə yaxından tanış olmaq, toplanılan məlumatları Assosiasiyaya təqdim etməkdir.
Daha sonra bu marşurutların və məhsulların daha da təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Növbəti səfər Gəncə şəhərinə təşkil oluna bilər.