Bakı. 17 oktyabr.
"Report" xəbər verir ki, tədbir çərçivəsində 3 sərgi - Azərbaycan beynəxalq inşaat ("WorldBuild Baku-2017"), X Azərbaycan beynəlxalq istilik, havalandırma, kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji ("Aquatherm Baku-2017") və X Xəzər beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri ("Securika Caspian-2017") sərgiləri keçiriləcək.
Bu il Xəzər İnşaat Həftəsində 28 ölkədən 310 şirkət iştirak edəcək.
Sərgi iştirakçılarının 30%-ni yeni şirkətlər, 40%-i isə yerli şirkətlərdən ibarət olacaq.
Sərgidə ənənəvi olaraq Almaniya, BƏƏ, İran öz milli pavilyonlarını təqdim edəcək. Sərgidə ilk dəfə Polşa iştirak edəcək. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları geniş tərkibdə təmsil olunacaq.